Kümə (Klaster) tipli baş ağrısı, adətən başın bir tərəfində və ya göz ətrafında yaranan şiddətli baş ağrısı növüdür. Bu baş ağrısına ‘klaster’ deyilməsinin səbəbi, ağrının insanda hücumlar şəklində qruplaşmasıdır. Yəni insanın baş ağrısı yaşadığı dövrü ağrısız bir dövr izləyir. Daha sonra isə yenidən ağrı hücumu olur.
Baş ağrısının bu şəkildə müəyyən zamanlarda toplanması da qruplaşmanı xatırladır. Baş ağrısının şiddətli və tez-tez görüldüğü qruplaşma dövrü həftələr və ya aylar sürə bilər. Sonrakı ağrısız dövr də aylar və hətta bəzən illər boyu davam edə bilər.
Qadınlara nisbətən kişilərdə 5 dəfə daha çox görülən kümə tipli baş ağrıları ortaya çıxdıqdan sonra yarım saat və 1 saat arasında keçsə də, irəliləyən saatlarda yenidən təkrarlanır. Bu cür dövri hücumlar gün ərzində və sonrakı həftələrdə müəyyən fasilələrlə davam edir. Ağrının şiddəti bəzi vaxtlar dözülməsi çox çətin hala gələ bilər.
Kümə tipli baş ağrıları miqren ağrıları ilə qarışdırıla bilər. Miqren ağrısı yaşayanların ağrı müddətində qaranlıq və səssiz mühitlərdə uzanmaq istəməsinin əksinə, kümə tipli ağrılar yatış halında gücləndiyi üçün, bu ağrıları yaşayan şəxslər ayaq üstə qalmağı üstün tuturlar.
Kümə tipli baş ağrıları, ağrının müəyyən bir zaman diliminən daxilində kümələnməsi səbəbindən bu şəkildə adlandırılır. Ağrı dövrləri bir aydan dörd aya qədər davam edə bildiyi kimi, küme dövrləri arasında aylarla hətta illərlə boşluqlar ola bilər.
Miqren və ya gərginlik tipli baş ağrıları stress və ya hormonal dəyişikliklərlə tetiklənə bilərkən, kümə tipli baş ağrıları tetikləyicilərlə əlaqəli deyil.
Kümə tipli baş ağrısının səbəbləri
Kümə tipli baş ağrıları 24 saatlıq bir gün ərzində və ya ilin müəyyən fəsillərində daimi şəkildə təkrarlayaraq özünə görə bir dövriyə yaradır. Bu səbəbdən vücudun bioloji saatinə təsiri olan beyin hissəsi hipotalamusun, kümə tipli ağrıların ortaya çıxması ilə əlaqədar olduğu düşünülür. Hipotalamusda görülən anormallıqlar, kümə tipli baş ağrılarının dövri hərəkətini və vaxtlamasını izah edə bilər.
Bu tip ağrıların tetiklənməsinin səbəbləri arasında yuxu və yemək pozuntuluğu, ağız daxilində pis yerləşdirilmiş ağıl dişlər, səhv aparılmış diş kanalı müalicələri, həddindən artıq alkoqol istehlakı və siqaret istehlakı da var.
Kümə tipli baş ağrısı yaşayan şəxslərin hücum dörlərində alkoqol istehlakından uzaq durmaları lazımdır. Bunlarla yanaşı, ürək xəstəliyinin müalicəsində istifadə olunan nitroqliserin kimi dərmanlar da ağrılara tetikləyici ola bilər.
Kümə baş ağrısı əlamətləri
Kümə baş ağrıları heç bir əlamət vermədən qəflətən və xəbərsiz şəkildə meydana gəlir.
Ağrı zamanı ən çox görülən əlamətlər bunlardır:
- Başın tək tərəfində görülən ağrı
- Adətən göz ətrafında və ya içində yaranan; zamanla baş, boyun, çiyin və ya üzün digər bölgələrinə yayıla bilən dözülməz ağrı
- Həddindən artıq göz yaşarması
- Narahatlıq
- Ağrının yarandığı tərəfdəki gözdə qızartı
- Üzün ağrı görülən tərəfindəki burun dəliyində tıxanıqlıq və ya geniz axıntısı
- Daimi boyun tərləməsi və üz solğunluğu
- Göz qapaqlarında düşmə
Kümə tipli baş ağrısı yaşayan xəstələr yaranan ağrını olduqca can yandırıcı və kəskin olaraq təsvir edirlər. Ağrının yarandığı vaxtlarda adətən narahat olan və hücumları bir qədər olsun sakitləşdirməyə çalışan şəxslər oturmaq, gəzmək və ya başını tutaraq irəli-geri yellənmək istəyirlər.
Ağrı, arxa üstü uzanıldıqda daha çox şiddətli hala gəldiyi üçün bu cür şəxslər uzanmaqdan çəkinirlər. Miqren ağrılarına bənzər şəkildə, kümə tipli baş ağrısı yaşayan bəzi xəstələrdə mədə bulantısı, səs, işıq və qoxulara qarşı həssaslıq görülə bilər.
Kümə tipli baş ağrısı xüsusiyyətləri
Kümə dövrü ağrı hücumları altı ilə 12 həftə arasında davam edə bilər. Xəstələrin kümə ağrısı hücum dövrləri adətən bir-biri ilə uyğundur. Misal vermək gərəksə, kümə dövrləri hər payız əvvəlində başlayaraq qış dövrü əvvəlində bitə bilər.
Bu tipdəki ağrılarda hücum dövrünə girildikdə, ağrılar hər gün və gün ərzində birdən çox dəfə təkrarlaya bilər. Bəzi hallarda gecə yuxuya getdikdən bir və ya iki saat sonra başlayan ağrı, şəxsi yuxudan oyandıracaq dərəcədə şiddətli ola bilər.
Baş ağrıları adətən qəflətən başlar və qəflətən bitər. Ağrı müddəti 20 dəqiqə ilə bir neçə saat arasında dəyişir. Bu tipdəki baş ağrısının bitimində, acının hələ də hiss edildiyi hallar da müşahidə edilmişdir.
Tibbi yardım tələb edən hallar
Normaldan çox daha şiddətli baş ağrısı yaşayan şəxslər ən qısa müddətdə bir səhiyyə müəssisəsinə müraciət etməlidirlər. Bu sayədə həm ağrıların azaldılması üçün müalicə başladıla bilər, həm də ağrılara səbəb olmasından şübhələnilən digər xəstəliklər araşdırıla bilər.
Baş ağrıları, nadir olsa da, damar genişlənməsi, anevrizma və ya beyin şişinin xəbərçisi ola bilər. Xüsusən yaşanan kümə tipli baş ağrılarının dövrərində və ya şiddətlərində dəyişiklik müşahidə edirsinizsə və aşağıda göstərilən simptomlarınız varsa təcili tibbi yardım almanız tövsiyə olunur:
- Danışıq çətinlikləri, qusma, yüksək hərarət, bulantı, bəzi bölgələrdə hissizlik və zehni qarışıqlıqların müşayiət etdiyi baş ağrıları; insult, ensefalit, meninjit və ya beyin şişinin xəbərçisi ola bilər.
- Adi bir baş ağrısının əksinə çox daha şiddətli və dözülməz bir baş ağrısı yaşanırsa vaxt itirmədən səhiyyə müəssisəsinə müraciət edilməlidir.
- Xüsusən sərt bir düşmə sonrası tək bir ərazidə yaşanan şiddətli baş ağrıları kəllə travmasına bağlı olaraq ortaya çıxan ağrının göstəricisi ola bilər.
Kümə tipli baş ağrısının diaqnozu
Kümə tipli baş ağrısının tanısı, xəstənin şikayətlərindən, nevroloji tapıntılardan və göz ətrafında yaşadığı ağrını təsvir etməsindən sonra qoyulur. Bunların ardınca, xəstənin MR-i çəkdirilərək ağrıya səbəb ola biləcək başqa bir durumun (damar anomaliyası, şiş və s.) olmadığı da müəyyən edilməlidir. Həmçinin göz daxili təzyiqinin də yüksək olub olmadığının yoxlanılması lazımdır.
Kümə tipli baş ağrısının müalicəsi
Kümə tipli baş ağrısı üçün standart bir müalicə şəkli yoxdur. Mövcud müalicə cəhdlərinin çoxu ağrı şiddətini azaltmaq, müddətini qısaltmaq və hücumları önləmək üzərində qurulmuşdur. Ağrıların sürətli şəkildə rahatladılması və önlənə bilməsi baxımından müxtəlif müalicə üsulları tətbiq edilir.
Bunlardan biri xəstəyə təmiz oksigen nəfəs etdirməkdir. Təhlükəsiz və qısa müddətli bu əməliyyatın nəticələri 15-20 dəqiqə ərzində hiss olunur. Başqa bir müalicə yolu olaraq lokal anesteziya istifadə edilir.
Burun yolu (intranazal) ilə verilən lidokain kimi lokal anesteziklər bəzi xəstələrdə küme tipli baş ağrısına qarşı təsirli olmaqtadır. (Küme tipli baş ağrısında müalicədə Lidokain ölkəmizdə çox istifadə olunmur. Onun yerinə tibbi uyğun müalicələr istifadə edilir.)
Çox nadir hallarda, aqressiv baş ağrılarının mövcud müalicə üsulları ilə yox edilə bilmədiyi hallarda və ya dərmanların yan təsirlərinin vücuda zərər verdiyi hallarda cərrahi müdaxiləyə başvurulur.
Tibb dünyası hələ də kümə tipli baş ağrılarını qarşısını alma və müalicə etmə prosesini araşdırmaqdadır, beyin və sinir stimulyasiyasının müalicəyə yönəlik başqa növlərini öyrənir.
Ağrılara qarşı həyat tərzi dəyişiklikləri
Kümə tipli baş ağrılarda, hücum dövrünə girildiyi dövrəmdəki dözülməz şiddətdəki ağrıları önləmək üçün həyat tərzində bir sıra dəyişikliklər edilməsi də tövsiyə olunur. Bunlardan biri nizamlı bir yuxu rutini yaratmaqdır.
Yuxu düzəni dəyişikliklərində küme ağrı hücumları ortaya çıxa bilər. Bu dövrlərdə belə həmişəki yuxu rutinini izləmək əhəmiyyət kəsb edir.
Kümə ağrılarının başladığı vaxtlarda alkoqol və siqaret istehlakından mütləq çəkinmək lazımdır. Baş ağrılarını tetikləyən alkoqol və siqaret istehlakı, yaşanan ağrıların şiddətini və müddətini də artıracaqdır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.