Əlaqə üçün:

+994 55 301 12 42

Parkinson xəstəliyi nədir?

Parkinson xəstəliyi hərəkəti idarə etmə qabiliyyətinin pozulması xəstəliyidir.Xestəlik adətən asta surətlə başlayır, getdikcə pisləşir.Esas simptomları hərəkətin yavaşlaması,tremor,ezələ sertliyi,koordinasiya və tarazlığın pozulması,yerişin pozulmasıdır.Xəstəlik irəlilədikcə danışıqda  pozulma,yuxu pozulması,koqnitiv və yaddaş pozulmaları, davranış dəyişiklikləri  kimi simptomlar yaranır.

Parkinson xəstəliyinə kimlər yoluxur?

Qadınlar arasında kişilərə nisbətən daha çox yayılıb.Ən çox 60 yaşdan yuxarı insanlar arasında müşahidə edilir.Lakin bəzən 50 yaşdan aşağılarda da rast gəlinir.

Parkinson xəstəliyi irsi keçirmi?

Alimlər Parkinson xəstəliyi ilə elaqəli gen mutasiyalarını aşkar ediblər.

Əsasən 50 yaşdan aşağı xəstələnənlərdə xəstəliyin iris olması düşünülür. Alimlər Parkinson xəstəliyindən əziyyət çəkən insanların beynində alfa-suinuklein zülalının yığınları olan Lyui cisimlərinin yaranmasında rol oynayan gen mutasiyasını müəyyən ediblər.Parkinson xəstəliyində bir neçə başqa gen mutasiyalarının rol  oynadığı aşkar edilib.Həmin genlərdəki mutasiyalar beyindəki sinir hüceyrələrinin dofamin sintez etmə qabiliyyətinə təsir edir və hüceyrələrin ölümünə səbəb olur.Lakin hələ də bu genlərin mutasiya olunmasinın səbəbləri aşkar edilməyib.

Parkinson xəstəliyinə  nə səbəb olur?

Parkinson xəstəliyi beyində yerləşən substansia nigra(qara maddə) adlanan hissəsində neyronların öldüyü zaman yaranır.Bu neyronlar normal olaraq beyin hüceyrələri arasında elaqə  yaranmasında rol oynayan dofamin adlanan neyrotransmitteri istehsal edir.Bu  hüceyrələr öldükcə dofaminin sintezi azalır.Dofamin adlanan bu maddə isə beynin bazal qanqliya adlanan baəqa nahiyəsinin fəaliyyəti üçün vacibdir.Beynin bu sahəsi hərəkətləri idarə eden mərkəzdir.Dofaminin azalmasi parkinsonlu xəstələrdə gordüyümüz hərəkət pozulmalarına səbəb olur.Parkinson xəstəliyi olan insanlar norepinegrin adlanan başqa bir neyrotransmitteri də itirirlər.Bu maddə isə sinpatik düzgün işləməsi üçün lazımdır.Simpatik sinir sistemi isə həzm,qan teyziqi,ürək və tənəffüs orqanlarının avtonom funksiyalarlna nəzarət edir. Norepinefrinin azalması isə solur.

Parkinson xəstəliyinin əlamətləri hansılardır?

Parkinson xəstəliyinin simptomları və bu simptomlarin artma sürəti inasandan insana dəyişir.

Ən çox rast gəlinən simptom aşağıdakılardır:

Tremor: əsasən ellərimizdə və qollarımızda titrəmə başlayır.Çənəmizdə,dilimizdə,ses tellərimizdə və ayaqlar da da tremor ola bilər.Xəstəliyin ilkin mərhələsində elamətlər bədənin yalnız bir tərəfində olur.Xəstəlik irəlilədikcə isə digər tərəfə də yayılır.Stresslə daha da pisləşir. Tremor adətən hərəkət zamanı itir.

Hərəkətin ləngiməsi(bradikineziya): Bu hərəkətin yavaşlamasıdır.Beynimizin lazimi əmrləri bədənin uyğun hissələrinə otürməsində ləngiməsi nəticəsində yaranır.Xəstələyin gedişi zamanı xəstələr  bəzən yeriyə bilsələr də, bəzən yerimədə, stuldan qalxmada çətinlik çəkirlər.

Əzələ sərtliyi: Sərtlik(tonus) əzələlərimizin boşala bilməməsidir.Bu sərtlik əzələlərimizin nəzarətsiz gərginliyindən yaranır və rahat şəkildə hərəkət etməkdə çətinlik yaranır.Sərtləşən əzələlərdə ağrı olur.

Balanslaşdırılmamış yeriş, koordinasiya problemləri:Qısa addımlarla yerimədə,yeriməyə başlamaqda çətinlik çəkmə,dayandıqda çətinlik çəkmə,yeriş zamanı əllərin yeriməyə  sinxon olaraq təbii formada  yelləməsində pozulma yaranır.Yeriməyə başladıqda sanki ayaqların yerə yapışdığını hiss edə bilərsiz.

Əzələlərin spazmı və krampları(distoniya):Ayağınızda ağrılı kramplar hiss edə bilərsiz.Distoniya bədənin digər hissələrində də yarana bilir.

Bədənin önə doğru əyilməsi:Bədən önə doğru əyilir və donmuş bir duruş yaranır.

Digər simptomlar isə aşağıdakılardır:

*Üz ifadələrinin zəifləməsi:Xəstəlik inkişaf etdikcə gülümsəyə bilməmə,göz qırpmanın azalması,üz ifadəsində kasadlaşma

*Danışıqda və səslərində dəyişiklər:Danışıq sürətlənir,səs tonu aşağı enir,danışığa başlamada çətinlik yaranır.

*Yazıda dəyişiklik:Yazı kiçilir, oxunması çətinləşir.

*Depressiya və həyəcanlılıq

*Çeynəmə və udmada problemler, ağız suyunun axması

*Sidik problemləri

*Yaddaş pozulmaları

*Halisünasiyalar

*Qəbizlik

*Qoxunun itməsi

*Yuxu pozulmaları,narahat ayaqlar sindromu,REM yuxu pozulması

*Ağrı,apatiya,yorğunluq,çəkidə dəyişikliklər,görmədə dəyişikliklər

*Qan təyziqinin düşməsi

Parkinson xəstəliyinin mərhələləri:

Hər bir parkinson xəstəsinin klinikası özünəməxsus olur.Hər kəsdə bütün simptomların olması mütləq deyil.Xəstəliyin kəskinləşmə sürəti də xəstədən xəstəyə dəyişir.Adətən xəstəlik erkən, orta,ağır mərhələlərə doğru inkişaf edir.

Erkən mərhələ

Parkinson xəstələyinin erkən mərhələsində simptomlar yüngül olur və tipik olaraq yavaş inkişaf edir, gündəlik fəaliyyətlərini davam etdirirlər.Bəzən erkən əlamətlərin aşkar edilməsi bəzən asan olmur.Yüngül bir titrəmə hiss edə  və ya ayaq üstə durmanın çətinləşməsini hiss edə bilərlər.Əzələlərdə sərtliyi,normal hərəkətdə çətinləşma(yeriyərkən qolların yellənməsi olmadığından),yavaş və ya kiçik yazı,üzündə ifadə eksikliyi və stuldan qalxmada çətinliyi hiss edə bilərlər.

Orta mərhələ

Əlamətlər pisləşməyə başlayır.Titrəmə,ezelə sərtliyi və hərəkət problemləri bədənin digər yarısına da yayılır.Tarazlıq problemləri və yıxılmalar daha cox müşahidə edilir. Lakin hələlik xüsusi baxıcıya ehtiyacları olmur.Geyinmə, yuyunma zamanı isə cətinliklər hiss olunur.

Orta-gec mərhələ

Ayaqda durmaqda və yeriməkdə daha da çətinləşmə olur,xüsusi yetimə  vasitələrinə ehtiyac olur.

Gecikmiş mərhələ

Artıq əlil arabasına ehtiyac olur və ya yataqda qalırlar.Halüsinasiyar  və sayıqlamalar əmələ gəlir. Tamamən baxıcıya ehtiyacı olur.

Parkinson xəstələyi necə müayinə edilir?

Erkən əlamətləri digər xəsliklərlərdə də rast gəlindiyindən, xüsusi qan və ya digər analizləri olmadığından  diaqnoz qoyulmasında  çətinlik yaranır.KT və MRT  kimi müayinələrlə bənzər simptomları olan digər xəstəliklərdən differensayiya məqsədilə istifadə edilə biler.

Parkinson xəstəliyini deqiqləşdirmək üçün tibbi  və ailə anamnezi, qəbul etdiyi dərmanlar   və məruz qaldığı toksinlər haqqında  etraflı məlumat toplanmalıdır.Həkin terefindən tremor və əzələ sərtliyi araşdırılır,yeriş izlənir,duruş və koordinasiyanız, hərəkətdə yavaşlama  yoxlanılır.Xəstəliyin erkən müəyyən edilməsi və müalicəyə başlama xəstənin həyat keyfiyyətinin artırılmasında önəmlidir.

Parkinson xəstəliyi necə müalicə edilir?

Parkinson xəstəliyinin müalicəsi yoxdur.Müalicə simptomların yülgülləşdirilməsinə yönəlir.Müalicəvi idman Parkinson simptomlarına önəmli dərəcədə kömək ede bilir. Bəzi xəstələrdə isə cərrahi müdaxilə olunur.

Parkinson xəstəliyini müalicə etmək üçün hansı dərmanlardan istifadə edilir?

Dərman müalicəsi esas müalicə metodudur.Dərmanlar xəstəliyin mərhələsi , simptomları, şiddəti ,yan təsirləri  nəzərə alınaraq təyin edilir.

Dərmanlar təsirinə görə aşağıdakılardır:

*Beyindəki sinir hüceyələrinə  dofamin istehsal etməyə kömək edir

*Beyində dofaminin təsirini təqlid etmək

*Beyindəki dofamini parçalayan bir fermentin bloklanması

*Parkinson xəstəliyinin bəzi spesifik simptomlarının azaldılması

Levadopa: Levadopa Parkinson xəstıliyinin hərəkət ləngiməsi,tremor və ezələ sərtləşməsi simptomlarının əsas müalicəsidir.Levadopa adətən karbidopa ilə birlikdə verilir.Bu  levodopanın  beyinə daxil olmasına kömək etmək,ürəkbulanma və qusma,təyziqin enməsi və digər yan tesirlərinin azaldılması kömək edir.Lakin Levadopanin uzun müddətli qəbulu zamanı təyin olunmuş dozanın effektliliyi azalır.Həmçinin təyin edilmiş doza növbəti doza qəbuluna qədər yeterli olmur və nəticədə titrəmə,sərtlik,yavaşlama başlayır. Buna ,,off,,vəziyyəti deyilir.Eyni zamanda diskineziya adlanan qeyri-iradi hərəkətlər yaranır.

Dopamin antoqonistləri: Bu dərmanlar beyində  dofamin təsirini təqlid edir.Onlar hərəkətlərin yavaşımasına və ezələ sərtliyinə qarşı levadopa qədər təsirli deyillər.Dopamin antoqonistlərinin yan təsirlərinəürəkbulanma,qusma, basgicəllənmə,yuxu problemləri,kompulsiv davranışlar(həddindən artıq qumar,alış-veriş,yemək və cinsi əlaqə kimi) daxildir.

Katexol 0-metiltransferaza (COMT) inhibitoru:Bu qrup dofamini parçalayan  fermenti bloklayır.Levadopa ilə birlikdə qəbul olunur, levadopa ilə birlikdə qəbul edilir və levodopanın orqanizmdən atılmasını zəiflədir.

MOA ingibitorları: Bu preparatlar beynimizdəki dofamini parçalayan beyin fermentini-monoamin oksidazanı blokada edir.

Antixolinergiklər: Bu preparatlar titrəmə və ezələ sərtliyinin azalmasına kömək edir.Yan təsirləri içərisində bulanık görmə, qəbizlik, ağız quruluğu, sidik pozulmasını qeyd edilir.70 yaşdan yuxarı, hallüsinasiyalı və yaddaş pozulması olan insanlara verilməsi uyğun deyil.

Amantadin: Amantadin levodopanın səbəb olduğu elavə hərəkətlərin azaldılmasında faydalıdır.

Parkinson xəstəliyinin cərrahi müalicəsi varmı?

Parkinson xəstəliyi olan çox xəstədə dərman müalicəsi effektiv olur.Bununla yanaşı xəstəlik ağırlaşdıqca bəzi xəstələrdə dərmanların təsiri azalır.  Belə hallarda cərrahi yanaşma barədə düşünülə bilər:

*Dərin beyin stimulyasiyası beyinə simptomlara səbəb olan anormal  aktivliyi tormozlayan elektrik impulslar ifraz edən elektrodlar yerləşdirilməsidir.  

*Karbidopa-levodopa infuziyonu, bu pompanın incə bağırsağa cərrahi olaraq yerləşdirilməsidir.

*Pallidotomiya, beyinin hərəkəti kontrol edən hissəsinin ( globus pallidus)   kiçik bir bölümünün yox edilməsidir.

*Talamotomiya, talamusun kiçik bir hissısinin yox edilməsidir.

Parkinson xəstəliyinin qarşısı alına bilirmi?

Təəssüf ki, xeyr. Parkinson xəstəliyi getdikcə pisləşən uzun müddətli bir xəstəlikdir.Xəstəliyin qarşısının alınması bir yolu olmasa da , preparatlar  simptomları əhəmiyyətli dərəcədə yaxşılaşdırır.Bəzi xəstələrdə isə əməliyyat seçilə bilər.

Parkinson simptomlarını azaltmaq üçün necə bir həyat tərzi seçilməlidir?

*İdman hərəkətləri: İdman , əzələ gücünü, koordinasiyanı, titrəmənin  qarşısının alınmasında köməklik edir.Bundan elavə yaddaşın , düşünmə qabiliyyətinin azaldılmasında da rol oynayır. 

*Sağlan diyeta: Parkinson xəstəliyində olan qəbizliyin azalmasına təsir edir. Xüsusilə lifli qidalar daha önəmlidir.

*Yuxu keyfiyyətinin artırın

Leave a Reply