Demensiya xəstəliyi: müalicəsi necə aparılır?

Nevrologiya
demensiya xəstəliyi

Məqalədə olanlar

Demensiya, koqnitiv funksiyalarda pozulmadır. Demensiyada beynin koqnitiv funksiyalarından olan hafizə yaratma, dil, düşünmə, qərar vermə və davranış kimi bacarıqlarda problemlər yaranır.

Bu problemlər demans xəstəsinin gündəlik həyatını davam etdirməsini çətinləşdirəcək səviyyəyə çata bilər. Bəzi demans növlərində xəstələrdə şəxsiyyət dəyişikliyi də müşahidə edilə bilər.

Demensiya tək bir xəstəlik deyil. Bir çox fərqli narahatlıq demans yaranmasına səbəb ola bilər.

Bəzi demans növləri proqressiv xüsusiyyətlidir, yəni zamanla daha da pisləşir. Bəzi demanslar isə müalicə edilə bilər və xəstəliyin irəliləməsi nəzarət altına alına bilər.

Demensiya səbəbləri nələrdir?

Demans xəstəliyi, beyindəki sinir hüceyrələrinin və bu hüceyrələr arasındakı əlaqələrin itirilməsiylə yaranır. Bu vəziyyətə səbəb olan narahatlıqlara neyrodegenerativ xəstəliklər deyilir.

Alzheimer xəstəliyi, vaskulyar problemlər, Parkinson xəstəliyi kimi narahatlıqlar neyrodegenerativ xəstəliklərə nümunə olaraq göstərilə bilər.

Neyrodegenerativ xəstəlikdən təsirlənən bölgəyə görə də xəstələrdə müxtəlif demans əlamətləri ortaya çıxa bilər.

Demensiyaya səbəb olan vəziyyətlər:

Alzheimer Xəstəliyi: Alzheimer xəstəliyində beyində protein yığılması olur. Bu protein yığılması, beyindəki neyronların (sinir hüceyrələrinin) və neyronlar arasındakı əlaqələrin pozulmasına səbəb olur. Təsirlənən neyronların olduğu beyin bölgəsi funksiyasını tam olaraq yerinə yetirə bilmir və demans yaranır.

Vaskulyar Demans: Beyinə qan axınını təmin edən damarlarda meydana gələn problemlər vaskulyar demansa səbəb olur. Vaskulyar demansta problem həll etmədə çətinlik, yavaş düşünmə və fokuslanma problemləri, hafizə itkisinə görə daha qabarıqdır.

Lewy Cisimcikli Demans: Lewy cisimcikləri, beyində anormal quruluşlu proteinlərin bir araya gələrək yaratdığı balon bənzəri quruluşlardır. Lewy cisimciklərinə, Alzheimer və Parkinson xəstəliklərində də rast gəlinə bilər. Lewy cisimcikli demensiya xəstələr fokuslanma və diqqət problemi yaşaya bilər, hallüsinasiyalar görə bilər.

Frontotemporal Demans: Frontal və temporal beyin loblarında meydana gələn zədə frontotemporal demans yaranması ilə nəticələnə bilər. Beyindəki bu iki lob əsasən şəxsiyyət, davranış və dil ilə əlaqəlidir. Buna görə də frontotemporal demans xəstələrində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, düşünmə və qərar verməkdə problem kimi əlamətlər görülə bilər.

Qarışıq Demans: Xəstələrdə birdən çox demans növü birgə mövcud ola bilər. Məsələn, bir xəstədə Alzheimer, vaskulyar və Lewy cisimcikli demans birlikdə ola bilər.

Huntington Xəstəliyi: Genetik bir hərəkət pozuntusu olan Huntington xəstəliyində, beyin və onurğa beynində hüceyrə itkisi olur. Huntington xəstələri gənc yaşda demans problemi ilə qarşılaşa bilər. Erkən başlangıclı demans, Huntington xəstələrinin həyatını ciddi şəkildə çətinləşdirir.

Travmatik Beyin Zədələnməsi: Travmaya bağlı beyin zədələri də demansa səbəb ola bilər. Xüsusilə futbol, boks kimi idman növlərində baş nahiyəsinə davamlı zərbələr alınması beyin quruluşunda pozulmalara səbəb ola bilər.

Creutzfeldt-Jakob xəstəliyi: Prion adlı anormal quruluşlu proteinlərin beyin zədələnməsi törətdiyi Creutzfeldt-Jakob xəstəliyi də demensiya səbəbləri arasındadır.

Parkinson Xəstəliyi: Parkinson xəstəliyi zaman içərisində demensiya inkişafına səbəb ola bilər.

İnfeksiyalar, metabolik xəstəliklər, vitamin çatışmazlıqları, beyin qanaxmaları, beyin şişləri kimi bir çox vəziyyət xəstələrdə demensiya bənzəri əlamətlərin yaranmasına səbəb olur.

Xəstələrdə əsas problemin aradan qaldırılması ilə demans əlamətlərində yüngülləşmə görülür.

Demensiya və Alzheimer arasındakı fərq Nədir?

Demensiya, Alzheimer xəstəliyinin nəticəsində yaranan bir vəziyyətdir. Alzheimer xəstəliyində beyində “beta amiloid” və “tau proteini” adlandırılan maddələr yığılmağa başlayır. Bu yığılan maddələr zamanla beyin hüceyrələrinə və hüceyrələr arasındakı əlaqələrə zərər verir.

Nəticə olaraq da demans yaranır. Alzheimer xəstəliyi, demansın ən çox görülən səbəbidir. Lakin demensiya fərqli xəstəliklərə bağlı olaraq da yarana bilər.

Demensiya xəstəliyinin əlamətləri

Demans başlanğıcında xəstələrdə bu simptomlar görülə bilər:

Dəyişikliyə Uyğunlaşa Bilməmək: Ətrafda, gündəlik planda meydana gələn dəyişikliklərə uyğunlaşa bilməmək

Yeni hadisələri xatırlaya bilməmək: İllər əvvəl yaşanan hadisələri aydın şəkildə xatırlamaq, lakin gün ərzində görülən işləri xatırlamaqda çətinlik çəkmək

Danışarkən problem yaşamaq: Danışma zamanı doğru sözü tapa bilməmək

Hadisələri İzləyə Bilməmək: Kiminsə danışdığı bir hekayəni və ya kiminsə etdiyi təsviri anlamaqda çətinlik çəkmək

Əhval-ruhiyyə Dəyişiklikləri: Kədər, qəzəb, məyusluq kimi əhval-ruhiyyə vəziyyətlərinə girmək

Maraqlanmamaq: Əvvəllər sevərək edilən fəaliyyətlərə, hobbilərə qarşı marağı itirmək

Demensiya xəstəliyinin əlamətləri zaman içərisində irəliləyə bilər. Xəstələr; konfüzyon adlandırılan yerlərin, şəxslərin, hadisələrin xatırlanmadığı bir vəziyyətə keçə bilər.

İrəli mərhələ demans xəstələri ən yaxın insanların belə kim olduğunu unuda bilər. Zehni funksiyalardakı pozulma yemək-içmək kimi sadə gündəlik fəaliyyətlərin yerinə yetirilməsini çətinləşdirə bilər.

Demensiya növləri

Demans növləri, beyində zədələnməyə səbəb olan xəstəliyə görə bir-birindən fərqləndirilir. Demans tipləri:

  • Alzheimer xəstəliyi,
  • Vaskulyar demans,
  • Parkinson xəstəliyi,
  • Frontotemporal demans,
  • Lewy cisimcikli demans kimi sıralana bilər.

Demensiya müalicəsi necədir?

Demans diaqnozu qoymaq həmişə çox asan olmaya bilər. Zehni funksiyaları ölçmək üçün istifadə edilən demans testi kimi anket tədqiqatları diaqnostik dəyərə malik deyil.

Bunun əvəzinə xəstələr koqnitiv, psixoloji və fiziki olaraq qiymətləndirilərək doğru diaqnoza getməyə çalışılır. Xəstənin düşünmə, qərar vermə, danışma, ətrafını tanıma, ünsiyyət qurma kimi bir çox bacarığı qiymətləndirilərək xəstədə demans varlığı araşdırılır.

Əksər demensiya növlərinin müalicəsi yoxdur. Buna görə də demans müalicəsində əsas məqsəd xəstədəki simptomların nəzarət altına alınması və beləliklə xəstənin həyat keyfiyyətinin artırılmasıdır.

Alzheimer’a bağlı yaranan demensiya müalicəsində, xolinesteraz inhibitorları və memantin kimi dərmanlar istifadə edilə bilər.

Xəstənin yanaşı depressiya, hallüsinasiya, yuxu pozğunluğu kimi problemləri varsa, bu problemlərə yönəlik dərmanlar da müalicəyə əlavə edilə bilər. Demans xəstələrinin daha rahat bir həyat sürə bilməsi üçün ətraf mühit düzənləməsi etmək lazım ola bilər.

Məsələn, ev daxilində xəstənin yıxılmasına səbəb ola biləcək əşyalar aradan qaldırıla bilər. Bəzi hallarda açar, bıçaq kimi əşyalar da təhlükəsizlik səbəbindən xəstənin çata bilməyəcəyi nöqtələrə qoyula bilər.

Xəstədəki əlamətlərin erkən dövrdə fərq edilib həkimə müraciət edilməsi ilə demansın irəliləməsi nəzarət altına alına bilər. Beləliklə, xəstə daha uzun müddət özü ehtiyaclarını qarşılaya bilər, digər şəxslərə olan asılılığı azalar.

Xəstələrdə demans başlanğıcı fərq edildikdə mütləq bir səhiyyə mərkəzinə gedilməsi və lazımi yoxlamaların etdirilməsi gərəkdir.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Tag Post :

demensiya,parkinson

Paylaşmaq :