Başgicəllənməsi: Niyə olur? Müalicəsi nədir? 

Baş gicəllənməsi
baş gicəllənməsi

Table of Contents

Baş gicəllənməsi, bayılma, sərsəmlik, zəiflik və ya tarazlıq pozğunluğu hissi kimi bir sıra hissləri təsvir etmək üçün istifadə olunan bir termindir.

Sizin və ya ətrafınızın fırlandığı və ya hərəkət etdiyi kimi yanlış qavrayış yaradan baş gicəllənməsinə vertiqo deyilir. 

Tez-tez yaşanan baş gicəllənməsi həyatı əhəmiyyətli dərəcədə təsir edə bilər. Lakin baş gicəllənməsi nadir hallarda həyatı təhdid edən vəziyyətə işarə edir. 

Baş gicəllənməsinin müalicəsi səbəbdən və əlamətlərinizdən asılıdır.

Baş gicəllənməsi nədən olur? Baş vermə səbəbləri nələrdir?

Baş gicəllənməsinin səbəbləri, qulaqda kristal oynaması kimi tanınan vertiqo, qulaq infeksiyaları, miqren, anemiya, diabet, qəfil təzyiq düşməsi və ya yüksəlməsi, istilik yorğunluğu, bədən və ya zehni yorğunluq və stresdir. 

Parkinson, MS, nevroloji narahatlıqlar və ürək-damar problemləri də baş gicəllənməsinə səbəb ola bilər.

Baş gicəllənməsi şikayətlərinə səbəb olan vəziyyətlər bu şəkildə sıralana bilər:

Xoşxassəli paroksismal pozisiyaya bağlı başgicəllənmə (BPPV)

Xoşxassəli paroksismal pozisiyaya bağlı başgicəllənmə (BPPV) qulağa bağlı başgicəllənmənin ən çox yayılmış səbəbidir. Təxminən hər 1000 nəfərdən birinin təsir etdiyi düşünülür. 

Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir və ən çox 30-50 yaş qrupunda şikayətlərə səbəb olur. 

“Kristal hərəkəti” və ya “kristal yerdəyişməsi” olaraq da adlandırılan bu vəziyyətin daxili qulaqda balans orqanında (yarımdairəvi kanallarda) hərəkətin qavranılmasından məsul olan kiçik kütlələrin (kanelolitlər) yarımdairəvi kanallar içərisində sərbəst hərəkətindən qaynaqlandığı düşünülür. 

Kanalolitlər ən çox posterior (arxa) yarımdairəvi kanalda yerləşsə də, lateral(yan) və anterior(ön) yarımdairəvi kanallarda da görünə bilər.

BPPV xəstələri adətən baş hərəkətləri, çarpayıda çevrilməsi və ya yataqdan qalxması ilə əmələ gələn və adətən bir istiqamətdə hərəkətlə aktivləşən başgicəllənmədən şikayət edirlər. 

Vertigo qəfil baş verir və adətən 1 dəqiqədən az davam edir. Hücumların başlanğıcı və sonu fərqli olsa da, hücumlar arasında balanssızlıq hissi – başgicəllənmə hissi müşahidə edilə bilər.

Daxili qulaq sistemindəki iltihablanma kimi tanınan labirintit eşitmə və tarazlıq sistemindən məsul olan daxili qulaq sisteminin pozulması nəticəsində baş gicəllənməsi yarada bilər. 

Bu eyni zamanda şiddətli baş gicəllənmələrinə səbəb olan vertiqonun da səbəbidir. Qulaqdan qaynaqlanıb baş gicəllənməsinə səbəb olan başqa bir xəstəlik qulaq kanallarında maye yığılması səbəbindən meydana gələn meniere xəstəliyidir.

Miqren

Miqren baş ağrıları ilə yanaşı olaraq vistublyar miqren deyilən başgicəllənmə tutmaları ilə gedən formasıdır. Baş gicəllənmə ya paralel olaraq miqren baş ağrıları ilə olur, ya fərqli vaxtlarda olur və yaxud miqren baş ağrıları olmadan olur.

Qan şəkərinin düşməsi

Xüsusilə diabet xəstəsi olan kişilər qan şəkəri səviyyələrini tez-tez yoxlatmalıdırlar. Çünki qan şəkərinin düşməsi müxtəlif problemləri özü ilə gətirir. Bunlardan biri də baş gicəllənməsidir. Baş gicəllənməsi ilə birlikdə qan şəkəri düşüklüyü aclıq, titrəmə, tərləmə kimi problemlər yarada bilər.

Təzyiqin düşməsi

Təzyiqin düşməsi və istifadə edilən təzyiq dərmanları adətən baş gicəllənməsinə səbəb ola bilər.


Günvurma

İstiyə uzun müddət məruz qalmaq, xüsusilə də günəş altında uzun müddət durulduqda, yaşanan su itkisi səbəbi ilə təzyiq düşür və bu da nevroloji simptom olaraq baş gicəllənməsinə səbəb olur.

Susuzluq

Çox insan hər gün tərləyəndə, nəfəs alanda və tualetə gedəndə bədənindən maye itirir. Maye itkisindən sonra qan təzyiqi düşə bilər və beyinə kifayət qədər oksigen getməz. Bunların nəticəsi olaraq bəzi əlamətlər ortaya çıxır. 

Baş gicəllənməsi də maye itkisi sonrası ortaya çıxan simptomlardan biri kimi qəbul edilir. Bu əlamətləri yaşayan insanlar itirilən mayeni geri qazanmaq üçün kifayət qədər su içməzsə bu problemlərə məruz qala bilər.

Anemiya

Kifayət qədər qırmızı qan hüceyrələrinə sahib olmamaq, yəni anemiyanın əhəmiyyətli simptomlarından biri də baş gicəllənməsidir.

Beyin sarsıntısı

Hər hansı bir səbəblə başa alınan zərbə, toqquşma nəticəsində yarana biləcək baş travmalarında baş gicəllənməsi görülə bilər.

Hərəkət xəstəliyi

Avtomobil, qayıq və ya müxtəlif nəqliyyat vasitələri ilə hərəkət edildikdə yaşanan baş gicəllənməsi və ürəkbulanma hərəkət xəstəliyi olaraq təyin edilir. İnsanlar bu səyahətləri etdiyi zaman baş gicəllənməsi əlamətləri yaşaya bilər. Hərəkət xəstəliyi şikayətlərini azaltmaq üçün zəncəfil konfeti və aromaterapiyaya müraciət edə bilərsiniz.

Kardiovaskulyar xəstəliklər

Baş gicəllənməsinin səbəbləri arasında ürək xəstəlikləri də ola bilər. Qeyri-müntəzəm ürək döyüntüsü, aşağı qan təzyiqi və arteriyalarda yaşanan daralma beyinə gedən qan axınında axsamaya səbəb olur. Bu da baş gicəllənməsi meydana gətirə bilər.

Baş gicəllənməsi diaqnozu necə qoyulur?

Baş gicəllənməsinin nəyə görə yarandığına dair əvvəlcə şəxsə diaqnoz qoyulması lazımdır. Bu diaqnoz prosesində şəxsə müxtəlif testlər tətbiq edilir.

 Eşitmə və tarazlıq testləri öncəlikli olmaqla göz və baş hərəkəti testi, posturoqrafiya və fırlanan stul testi tətbiq olunur. Əgər həkim iflic və ya baş travmasından şübhələnirsə, MR və KT müayinəsi tələb edir. 

Həmçinin infeksiya olub-olmadığının təyin edilməsi üçün də müxtəlif qan testlərinin aparılması lazım ola bilər. Diaqnozdan sonra tətbiq ediləcək müalicə mütəxəssis həkim tərəfindən müəyyən edilir.

Baş gicəllənməsi zamanı nə etməliyik? 

Kifayət qədər maye qəbulu, oturub dincəlmək və ya uzanıb gözləri qapamaq, yuxu rejiminə sahib olmaq, sağlam qidalanmaq, qan şəkəri düşübsə şəkərli bir şeylər yemək, stresdən uzaq durmaq, C və E vitamini əlavələri qəbul etmək baş gicəllənməsinə yaxşı gəlir.

Baş gicəllənməsinə yaxşı gələn üsullar bunlardır:

  • Kifayət qədər maye qəbul etmək
  • Şəkərli limon suyu içmək
  • Baş gicəllənməsi anında oturmaq və ya uzanıb dincəlmək
  • Yavaş və diqqətli hərəkət etmək
  • Sürətli hərəkət etməkdən çəkinmək
  • Kifayət qədər yatıb, dincəlib, stresdən uzaq durmaq
  • Səbəbi miqren ola bilərsə işıq və səsdən uzaqlaşıb, qaranlıq bir yerdə dincəlmək
  • Zəncəfil kimi bitki çayları içmək

Baş gicəllənməsinin müalicəsi 

Baş gicəllənməsinə nə kömək edir? sualına “həkim müalicə üçün vəziyyətin səbəbinə və simptomlara görə irəliləyir” şəklində cavab verilə bilər. 

Dərmanlar və tarazlıq məşqləri daxil ola bilər. Heç bir səbəb tapılmasa və ya baş gicəllənməsi davam etsə belə, reseptli dərmanlar və digər müalicələr simptomları daha asan idarə oluna bilən hala gətirə bilər. 

Baş gicəllənməsi müalicəsi üçün tətbiq edilə bilən üsullar aşağıdakı kimidir:

Terapiya

Baş pozisiyası manevraları: Kanalit yenidən yerləşdirilməsi məsələn “Epley manevrası” adlanan bir texnika, adətən xoşxassəli paroksismal pozisional vertigonun, baş gicəllənməsinin keçməsini gözləməkdən daha sürətli bir şəkildə həll olunmasına kömək edir.

Tarazlıq terapiyası: Tarazlıq sisteminizin hərəkətə qarşı daha az həssas olmasına kömək edəcək xüsusi məşqlər öyrənə bilərsiniz. Bu fiziki terapiya texnikasına vestibulyar reabilitasiya deyilir. 

Vestibulyar nevrit kimi daxili qulaq xəstəliklərindən dolayı baş gicəllənməsi yaşayan şəxslərdə istifadə olunur.

Psixoterapiya: Baş gicəllənməsi narahatlıq pozğunluqlarından qaynaqlanan insanlara kömək edə bilər.

Baş gicəllənməsinin risk faktorları nələrdir?

Baş gicəllənməsi riskini artıra biləcək faktorlar aşağıdakılardır:

Yaş: Yaşlı böyüklərin baş gicəllənməsinə, xüsusilə də tarazlıq hissinə səbəb olan tibbi vəziyyətlərə sahib olma ehtimalı daha yüksəkdir. Həmçinin baş gicəllənməsinə səbəb ola biləcək dərmanları qəbul etmə ehtimalları da daha yüksəkdir.

Keçmişdə baş gicəllənməsi hadisəsi: Əvvəllər baş gicəllənməsi yaşamısınızsa, gələcəkdə baş gicəllənməsi yaşama ehtimalı daha yüksəkdir.

Bundan əlavə, baş gicəllənməsinin ən yaygın səbəbi olan BPPV-nin bəzi risk faktorları bu formu inkişaf etdirmə şansını artıra bilər:

  • D vitamini çatışmazlığı
  • Osteoporoz
  • Miqren
  • Keçmiş kəllə travması
  • Yüksək ümumi xolesterol səviyyəsi

Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.

Tag Post :

miqren,nevroloq

Paylaşmaq :