Röyalar əyləncəli, narahat edici və ya tamamilə qəribə ola bilər. Ertəsi gün xatırlamasaq da hamımız röya görürük. Bəs niyə röya görürük? Və ümumiyyətlə röya görmə nə deməkdir?
Röyalar nədir?
Röyalar əsasən yuxu zamanı ağlımızın yaratdığı hekayə və şəkillərdir. Onlar canlı ola bilər.Onlar bizi xöşbəxt, kədərli edə və ya qorxuda da bilər. Onlar fantastik və ya tamamilə rasional ola bilər.
Röyalar yuxunun istənilən mərhələsində baş verə bilər. NREM yuxusunda görülən röyalar, REM yuxusunda görülən röyalardan fərqli olur və funksiyaları fərqlidir. NREM röyaları daha çox düşüncələrdən formalaşır,senarisi olmayan,ağ-qara röyalardır. O gün içində, oyanıqlıqlı olduğumuz müddətdə düşüncə və fikirlərimizin davamı şəklindədir. O gecə dərs çalışan bir tələbənin yuxusunda dərsinə davam etməsi və çətin qavradığı bölüm ilə məşğul olması şəklində röyalar NREM röyalarıdır.
NREM röyalarının əsas funksiyası gündəlik hafizənin depolanması və gün boyu öyrənilənlərin içərisində lazımsız olanların atılması və lazımlı olanların sonradan istifadə edilməsi üçün depo şəklində saxlanmasıdır. Digər sözlə ifadə etsək NREM bir növ süzgəc funksiyası yerinə yetirir. O gün toplanmış lazımsız bilikləri atar və lazım olacaqları isə yaddaşda depolayar.
REM yuxusu röyaları isə rəngli, canlı, senarisi olan bəzən də hərəkətli röyalardır. Bu röyalara duyğular da qatılır. Zövq aldığımız,xoşaldığımız, qorxduğumuz röyalar REM röyalarıdır. Qaçdığımız tullandığımız uçduğumuz hərəkətli röyalar da REM röyalarıdır.
REM yuxusu müddətində normal olaraq beynin yaddaş,problem həll etmə, qərar vermə, mühakimə kimi funksiyalarindan məsul olan bölgələri çox aktiv hala gəlir. Eyni zamanda duyğularımız, hisslərimiz , yəni, xoşbəxt ya da bədbəxt, keyfli ya da keyfsiz olmağımızda məsul olan beyin bölgələri və görmə ilə əlaqəli beyin bölgələri çox aktivdir. Son olaraq REM röyaları uzaq ve ya yaxın zamanda yaddaşımızda bir bilginin , o günki duygularımızla birləşərək gözümüzün önündə bir film şəklində keçməsi halıdır.
REM röyaların esas funksiyası diqqət, yaddaş, öyrənmə, mühakimə, qerar vermə kimi qabiliyyətlərimizin təmin edilməsidir. REM yuxusu pozulması olan insanlarda öyrənmə və diqqətin azaldığı müşahidə edilir. REM röyaları əhvalımıza da tesir edir.
Röyaların yaşa və cinsiyyətə görə fərqliliyi
Röyaların məzmunu həm cinsiyyətlər arasında, həm də uşaqlıq, yeniyetməlik, yetkinlik və yaşlılıq dövrlərinə görə fərqlənir. Aparılmış tədqiqatlar nəticəsində kişilərin qadınlara nisbətən daha çox aqresiyalı, hərəkətli röyalar gördüyünü, qadınların isə qorxu üzüntü xoşbəxtlik kimi duydularla əlaqəli röyaları kişilərdən daha çox gördüyü aşkarlanmışdır. Qadınlarda ailə üzvləri, dostlar və ev ilə əlaqəli röyalar üstünlük təşkil edir. Kişilərdə isə profisional həyat və maddi qazanc ilə əlaqəli yuxular daha cox rast gəlinir.
3-7 yaş arası uşaqların röyalarına baxıldıqda ən çox heyvanlar və ailə üzvləri ilə əlaqəli röyalar üstünlük təşkil edir. Yeddi yaşından başlayaraq bu tipli röyalar azalır və yeniyetməliyə qədər dostlarının iştirakı olan yuxular önə çıxar. Yeniyetməlikdə röyalar cox çeşidli olur. Adətən duyğu və narahatlıqların bolluğu təşkil edir.
Doğuşdan kor şəxslərdə və 5 yaşından kiçiklərdə röyalar adətən eşitmə yönlü olur.
Kabuslar
Nadir hallarda hər kəs kabus görə bilər. Bu normal bir haldır. Ancaq kabuslar təkrarlayıcı olarsa, şəxsin yuxusunu pozmağa başlayarsa bu bir yuxu xəstəliyi sayılır. Adətən REM yuxusunda olur və çox zaman də oyanma ilə nəticələnir. Kabuslar gerçəyə bənzəyən röyalardır və getdikçə daha çox narahat edici olurlar. Uşaqlarda böyüklərə nisbətən daha çox rast gəlinir.
Çox vaxt aşağıdakı səbəblərdən baş verir:
- Travma
- Emosional problemlər
- Derman və ya maddə istifadəsi
- Xəstəlik halı, stress, münaqişə, qorxu
Yadda saxlayın ki, kabus nə qədər qorxulu olsa da bu real deyil.