Əlaqə üçün:

+994 55 301 12 42

Bel ağrısı səbəbləri və əlamətləri

Bel ağrısı insanların həkimə getmələrinin və ya işdən qalmalarının səbəblərindən biridir.

Bel ağrısı insanların həkimə getmələrinin və ya işdən qalmalarının səbəblərindən biridir.

Xoşbəxtlikdən əksər bel ağrıları epizodlarının ev şəraitində qarşısını almaq və ya aradan qaldırmaq mümkündür. Əgər  qarşısının alınması mümkün olarsa, ev şəraitində müalicə və yüngül idman hərəkətləri ilə bir neçə həftə ərzində ağrılar sağala bilər. Bel ağrılarında nadir hallarda cərrahi müdaxilə tələb olunur.

Bel ağrısı nə qədər yayğındır?

Təxminən beş nəfərdən dördü həyatının bir hissisində bel ağrısından əziyyət çəkir. Bəzi insanlar digərlərindən daha çox bel ağrısından əziyyət çəkirlər. Bel ağrısı üçün risk faktorlarına aşağıdakılar daxildir:

Yaş: 30 yaşdan yuxarı insanlarda daha çox olur. Disklər (onurğadakı sümüklərin arasındakı yumsaq yastıqlar) yaşla elastikliyini itirir. Disklər yaşlandıqca  və zəiflədikcə ağrı və sərtlik yarana bilər.

Çəki: Çəkisi çox olan insanlarda bel ağrıları daha çox rast gəlinir. Həddindən artıq çəki oynaqlara və disklərə təyziq göstərir.

Ümumi sağlamlıq: Zəifləmiş qarın əzələləri onurğa sütununu dəstəkləyə bilmir, bu da belin gərginliyinə və bükülməsinə səbəb ola bilər. Siqaret çəkən , həddindən artıq spirtli içki qəbul edən və ya oturaq həyat tərzi keçirən insanlarda bel ağrısı riski daha yüksəkdir. 

Peşə və həyat tərzi: Ağır qaldırma  və ya əyilmə tələb edən iş və fəaliyyətlər bel zədəsi riskini artıra bilər.

Srtuktur problemləri: Şiddətli bel ağrısı onurğa əyrilikləri-skolioz  səbəbindən yarana bilər.

Xəstəlik: Ailəsində osteoartrit, müəyyən xərçəng növləri və digər xəstəlikləri olan insanların bel ağrısı riski daha yüksəkdir.

Psixi sağlamlıq: Bel ağrısı depressiya və narahatlıq nəticəsində yarana bilər.

Bel ağrısının əlamətləri hansılardır?

Bel ağrısının simptomları birdən ortaya çıxa  və ya tədricən yarana bilər. Bəzən ağrı müəyyən bir hadisədən  , məsələn, bir şeyi götürmək üçün əyilməkdən sonra baş verir. Digər hallarda ağrıya nəyin səbəb olduğunu bilinmir.

Ağrı kəskin, küt ola bilər və ayaqlarınızın arxasına və altına yayıla bilər(siyatik). Ağrı xüsusən müəyyən vəziyyətlərdə daha da şiddətlənir və uzandıqda zaman nisbətən sakitləşir.

Bel ağrısının digər simptomları bunlardır:

Sərtlik: Belinizi hərəkət etdirmək və ya düzəltmək çətin ola bilər. Oturmuş vəziyyətdən qalxmaq bir az müddət ala bilər və siz boşalmaq və ya uzanmaq lazım olduğunu hiss edə bilərsiz. Hərəkət məhdudiyyətinin olduğunu görə bilərsiz.

Duruş problemləri: Bel ağrısı olan bir çox insan dik durmaqda çətinlik çəkir. Siz sağa, sola  və ya önə  əyilmiş vəziyyətdə qala bilərsiz. 

Əzələ spazmaları: Gərginlikdən sonra bel nahiyəsindəki əzələlər qeyri-iradi spazm ola bilər. Əzələ spazmaları həddindən artıq ağrıya səbəb ola bilər və ya dayanmağı, yeriməyi və ya hərəkət etməyi çətinləşdirə bilər. 

Bel ağrısına səbəb nədir?

Bir çox xəsarət, vəziyyət və xəstəlik bel ağrısına səbəb ola bilər. Onlara daxildir:

Gərginlik və burxulmalar: Bel ağrısının ən çox görülən səbəbi bel gərginliyi və burxulmalardır. Çox ağır bir şey qaldırmaq və ya təhlükəsiz qaldırmaqla əzələləri, vətərləri və bağları zədələyə bilərsiz. Bəzi insanlar asqırmaq, öskürmək  və ya əyilməklə onurğanı sıxa bilər.

Sınıqlar: Onurğadakı sümüklər avtomobil qəzası və ya yıxılma kimi qəzalarda sına bilər. Bəzi şərtlər( məsələn, spondilozis və ya osteoporozis) sınıq riskini artırır.

Disk problemləri: Disklər fəqərələr (onurğadakı  sümüklər) arasında yastıq funksiyası daşıyır. Disklər zədələnərək yerlərindən çıxa və sinirləri sıxa bilər. Onlar həmçinin yırtıla bilər(disk yırtığı). Yaşla əlaqədar disklər öz elastikliyini itirir və daha tez zədələnir(degenerativ disk xəstəlikliyi). 

Stuktur problemləri: Onurğa sütunu onurğa beyni üçün çox dar olduqda  onurğa stenozu adlanan hal baş verir. Onurğa beynini sıxan şey bel ağrısına səbəb ola bilər. Skolioz ağrı, sərtlik və hərəkətdə çətinlik yarada bilər. 

Artrit: Osteoartrit bel ağrısına səbəb olan artrit növüdür. Ankilozlaşan spondiloartrit bel nahiyəsində ağrı və onurğada sərtliyə səbəb olur.

Spondilolistez: Bu vəziyyət onurğada olan fəqərələrin yerindən sürüşməsidir. Spondilolistez tez-tez bel ağrısına və ağrının ayağa yayılmasına səbəb ola bilər.

Digər xəstəliklər: Onurğa şişləri, infeksiyalar bel ağrısına səbəb ola bilər. Bundan başqa böyrək daşları və qarın aorta anevrizması da bel ağrısı verə bilər.

Nə zaman həkimə müraciət etmək lazımdır?

Əksər bel ağrıları evdə müalicə və özünə qulluq ilə adətən bir neçə həftə ərzində tədricən yaxşılaşır. Həkimə aşağıdakı vəziyyətlərdə müraciət etmək lazımdır:

Son bir neçə həftə ağrılar davam edirsə

Ağrılar şiddətlidir və istirahətlə yaxşılaşmırsa

Xüsusilə ağrı bir və ya hər iki ayaqda dizin altına qədər uzanarsa

Bir və ya hər iki ayaqda zəiflik, uyuşma və ya karıncalanma olarsa

Səbəbsiz çəkinin azalması ilə müşayət olunarsa

Nadir hallarda bel ağrısı ciddi bir tibbi problemin  siqnalı ola bilər. Aşağıdakı vəziyyətlərdə təcili olaraq həkimə müraciət edin:

Yeni yaranan nəcis  və ya sidiyə getmə ilə bağlı problemlər olarsa

Qızdırma ilə müşayət olunarsa

Yıxılma, kürəyinizə zərbə və ya digər zədələnmədən sonra

Diaqnoz necə qoyulur?

Ətraflı anamnez və fiziki müayinə mütləqdir. 

Rentgen müayinəsi: Adətən sümük sınıqlarının diaqnostikası üçün istifadə edilir.

Kompyuter tomoqrafiya(KT): Sümüklərin və yumşaq toxumaların 3D müayinəsini almaq üçün istifadə edilir.

Maqnit-rezonans tomoqrafiya(MRT): Sümüklərin, əzələrin, vətərlərin və digər toxumaların görüntülərini əldə etmək üçün maqnit dalğalarından  istifadə edilir.

Elektromioqrafiya(ENMQ): Sinirləri və əzələləri yoxlamaqla ayaqlardakı uyuşma, zəiflik yaradan neyropatiya olub-olmadığını yoxlamaq üçündür.

Ağrının səbəbindən asılı olaraq  qan və sidik testləri də istənilə bilər. Qan testləri bel ağrısına səbəb olan bəzi vəziyyətlər üçün genetik markerləri aşkar edə bilər(məs, angilozlaşan spondilit). Sidik testləri ilə ağrıya səbəb olan böyrək daşlarını yoxlayırlar.

Hansı müalicə üsulları var?

Bel ağrısı adətən istirahət, buz və reseptsiz verilən ağrıkəsicilərlə yaxşılaşır. Bir neçə günlük müalicədən sonra normal həyata qayıda bilərsiniz. Aktiv qalmaq bölgədə qan dövranını artırır və yaxşılaşmaya kömək edir. Digər müalicələr səbəbdən asılıdır. Onlara aiddir:

Dərmanlar: Adətən qeyri-steroid antiinflamatuar(NSAİİ) və ya reseptlə verilən dərmanlar tövsiyə edilə bilər. Bu dərmanlar ağrını və ödemi götürür.

Fizioterapiya: Fizioterapiya əzələləri gücləndirə bilər ki, onurğanı dəstəkləyə bilsin. Fizioterapiya həmçinin elastikliyi yaxşılaşdırır.

Digər manipulyasiyalar: Osteopatik manipulyasiyalar köməklik edə bilər. 

Cərrahiyə: Digər müalicələr effekt vermədikdə və ya ayaqda zəiflik, sidik və nəcisin saxlanmasında problem yaranarsa cərrahi müdaxilə göstərişdir.

Bel ağrısının qarşısı necə alına bilər?

Onurğada xəstəlik və struktur problemlərindən qaynaqlanan bel ağrısının qarşısını ala bilməzsinin. Ancaq bel ağrısına səbəb olan xəsarətlərdən qorunmaq olar. Zədə riskini azaltmaq üçün bunlara diqqət edin:

Normal çəkini qoruyun: Həddindən artıq çəki onurğaya və disklərə təyziq edir.

Qarın əzələlərini gücləndirin: Plates və digər məşq proqramları onurğa sütununu dəstəkləyən əsas əzələləri gücləndirir. 

Əşyaları düzgün şəkildə qaldırın: Zədələnmədən qorunmaq üçün ağırlığı kürəyinizə deyil, ayaqlarınıza salın. Ağır əşyaları bədəninizə yaxın saxlayın. Qaldırdığınız zaman gövdənizi əyməyin.

Sonda bildirmək istəyirəm ki, milyonlarla insan bel ağrısı ilə yaşayır. Beldə ağrı, sərtlik və hərəkət məhdudluğu həyat keyfiyyətinə təsir gostərə bilir. Ancaq sağlam çəki saxlamaq və aktiv həyat tərzi ilə bel ağrılarından qoruna bilərsiz. Əgər bel ağrısı keçmirsə və ya hərəkətlərinizdə məhdudluq varsa mütləq həkimə müraciət edin. Qısa müalicə kursu vasitəsilə ağrılardan qurtula,  aktiv hərəkətlərinizi bərpa edə və həyatdandaha çox zövq ala bilərsiz. Əks təqdirdə ağrılarınız davamlı olacaq və xroniki bel ağrılarına çevriləcək.

Leave a Reply