Obstruktiv yuxu apne sindromu (OSA) yuxu zamanı yuxarı tənəffüs yollarının təkrarlanan sallanması nəticəsində yaranan bir xəstəlikdir. Bu yuxu ilə əlaqəli olan tənəffüs pozulmasıdır.
OSA dil və yumşaq damaq kimi boğazın yumşaq toxumalarının əzələləri boşaldığı zaman meydana çıxır. Bu tənəffüs yolunun daralmasına və ya tamamilə bağlanmasına səbəb olur. Bir anlıq nəfəs kəsilir.
Normalda hava, ağız və burundan ağciyərlərə hər zaman , o cümlədən yuxu zamanı rəvan keçməlidir.
Nəfəsalmanın tamamilə dayandığı dövrlərə apne və ya apne epizodları deyilir. OSA-da normal hava axını gecə boyudəfələrlə dayanır.
OSA ən çox kişilər arasında rast gəlinir, lakin uşaqlar da daxil olmaqla hər kəsdə rast gəlinə bilər. Xəstəlik qadınlarda monopozdan sonra artır. Belə ki, kişilərdə və postmenopozal qadınlarda təxminən eynidir.
Xoruldama səssizlik dövrləri ilə kəsilirsə, OSA ilə əlaqələndirilir. Xoruldama daralmış tənəffüs yolu vasitəsilə hava axınının sıxılması nəticəsində yaranır.
Xatırlatmaq vacıbdir ki, xoruldama mütləq potensial olaraq ciddi bir şey göstərmir və xoruldayan hər kəsdə OSA yoxdur.
Müalicə olunmayan OSA ciddisağlamlıq problemlərinə səbəb ola bilər, məsələn:
• yüksək qan təyziqi
• ürək xəstəliyi
• insult
• diabet
• atrial fibrilyasiya (anormal ürək ritmi)
• ağciyər hipertenziyası
Fəsadların qarşısını almaq üçün düzgün diaqnoz və müalicə vacibdir.
Obstruktiv yuxu apnesinin simptomları
OSA olan insanların gündüz yuxululuqdan şikayətlənir. OSA, beyinə və ya bədənin digər hissələrinə oksigen çatdırılmasının azalmasına səbəb olur.Bu səbəbdən də yuxu keyfiyyəti azalır. Bu gündüz yuxululuğuna və səhər gümrah olmamasına səbəb olur.
OSA olan insanlarla yataq yoldaşı olanlar aşağıdakıları bildirə bilərlər:
• yüksək səslə xoruldama
• nəfəs darlığı
• boğulma
• xoruldama
• yuxu zamanı tənəggüsdə fasilələr
Bu simptomlar tez-tez təsadüfən aşkar edilir.
OSA olan insanlar aşağıdakı simptomlarla qarşılaşa bilərlər:
• səhər baş ağrıları
• narazılıq və qəzəb hissi
• unutqanlıq
• yuxululuq
• gecə boyu təkrarlanan oyanmalar
Digər simptomlara aşağıdakılar aiddir:
• uşaqlarda hiperaktivlik
• depresiyanın pisləşməsi
• iş və məktəb həyatında keyfiyyətin aşağı düşməsi
• cinsi marağın azalması
Gündüz yuxululuğu yuxu apnesi olan insanlarda avtomobil qəzaları və istehsalat qəzaları riski yüksəkdir. Müalicə gündüz yuxululuğunu tamamilə aradan qaldırmağa kömək edə bilər.
Obstruktiv yuxu apnesinə səbəb nədir?
Aşağıdakılar OSA ilə əlaqəli vəziyyətlərdir:
• obezite hipoventilyasiya sindromu olan insanlarda təbəffüs pozulması
• hipotriodizm, akromeqaliya və polikistik yumurtalıq sindromu kimi endokrin xəstəliklər, yuxuda olduğunuz zaman nəfəsinizə təsir edə bilər.
• Xroniki ağciyər xəstəliyi, məsələn, astma, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və ağciyər fibrozu
• Döş əzələlərinə və tənəffüs yollarına beyin siqnallarına mane ola biləcək insult , sinir-əzələ xəstəlikləri
• Boyun nahiyəsinə mayenin yığılması və yuxarı tənəffüs yoluna mane olan ürək və ya ağciyər çatışmazlığı
• Hamiləlik
Risk faktorları
Yuxarı tənəffüs yolunu daraldan xüsusiyyətlər varsa OSA riski artır. OSA risk faktorlarına aşağıdakılar daxildir:
• Piylənmə
• Böyük badamcıqlar
• Boğaz dairəsi böyük kişilər və qadınlar
• Tənəffüs yollarını bağlaya bilən böyük dil
• Rekroqnatiya, alt çənənizin üst çənənizdən qısa olmasıdır
• Aşağı çökən dar damaq və ya hava yolu
• Siqaret
• OSA ailə hekayəsi
Obstruktiv yuxu apnesinə necə diaqnoz qoyulur?
Yuxu apnesinin diaqnozu ətraflı müayinə ilə başlayır. Gündüz yuxululuğu və xoruldamanın əmələ gəldiyi müddət önəmlidir.OSA diaqnozu üçün gecə yuxu laborotoriyasında çəkilən polisomnoqrafiya (PSG) müayinəsi mütləqdir.
Müalicə variantları
OSA müalicəsinin məqsədi yuxu zamanı hava axınının hərəkətinə maneə törədilməyəcəyinə əmin olmaqdır. Müalicə üsullarına aşağıdakılar daxildir:
Çəki itirmək
Çəkinin salınması və məşq adətən OSA olan insanlar üçün tövsiyyə edilir.
Tam remissiyaya gətirib çıxarmasa da OSA şiddətini azaltmaq üçün çəki itkisi əhəmiyyətlidir.
CPAP cihazı terapiyası
Davamlı müsbət yolu təyziqi (CPAP) terapiyası ilk müalicə metodudur.Gecələr taxılan üz maskası vasitesilə tətbiq olunur. Üz maskası gecələr tənəffüs yolunu açıq saxlamaq üçün müsbət hava axınını təmin edir.
CPAP OSA üçün yüksək effektiv müalicədir.
Yüngül və ya orta dərəcəli OSA olan və CPAP terapiyasından fayda görməyən insanlar üçün oral aparat müsbət tənəffüs yolu təyziqinə ağlabatan alternativdir.
BPAP cihazi terapiyası
CPAP terapiyası effektiv olmadıqda bəzən OSA -ın müalicəsi üçün iki səviyyəli müsbət hava yolu təyziqi (BPAP) cihazları istifadə olunur.BPAP cihazlarında nəfəs almağımıza cavab olaraq iki təyziq göstərən parametrlər var: inqalyasiya təyziqi və eksqalyasiya təyziqi. Bu nəfəs alma zamanı təyziqin eksqalyasiyaya qarşı dəyişməsi deməkdir.
Yan yatış
Arxası üstə yatmaq bəzi insanlarda OSA -nı pisləşdirə biləcəyi üçün , yan yatış pasientin vəziyyətini yaxşılaşdırır.
Cərrahiyə
OSA olan yetkin xəstələrdə cərrahiyənin rolu ilə bağlı konsepsus yoxdur. Ümumiyyətlə, CPAP və BPAP cihazları effektiv olmadıqda cərrahi müalicəni nəzərdən keçirmək olar.
Yuxarı tənəffüs yollarının ağır, cərrahi yolla düzəldilə bilən , maneə törədən lezyona görə OSA olan insanlar üçün cərrahi müalicə ən təsirli ola bilər.
Keçici qlobal amneziya
Keçici qlobal amneziya üçün heç bir müalicəsi yoxdur. Vəziyyət 24 saat ərzində öz-özünə düzəlir.
Keçici global amneziya (TGA) bir insanın qəfil yaddaş itkisi epizodu yaşadığı nadir bir tibbi vəziyyətdir. TGA epizodu zamanı insan epizoddan öncəki hadisələri (anteroqrad amneziya adlanan vəziyyət) və epizoddan sonrakı hadisələri (retroqrad amneziya) xatırlamaqda çətinlik çəkir. TGA epizodları adətən bir neçə saatdan çox davam etmir. Nadir hallarda TGA 24 saata qədər davam edir.
TGA olan insanlar kim olduqlarını xatırlayırlar, həmçinin dostlarını və ailə üzvlərini xatırlaya bilərlər.Yemək bişirmək və ya maşın sürmək kimi mürəkkəb gündəlik işləri epizod müddətində davam edirlər. Onlar həmçinin dil və sosial ünsiyyət bacarıqlarını da saxlayırlar. Bununla belə TGA epizodu zamanı onlar harada olduqlarını, gün və ya saatı bilməyə bilirlər.
Kimlərdə rast gəlinə bilər və nə dərəcədə yayılmışdır?
Adətən 50-70 yaş arası insanlarda olur. Təxminən hər 100 000 nəfərdən 3-10-da rast gəlinir.
Səbəbi nədir?
Keçici qlobal amneziynanın (TGA) dəqiq səbəbi məlum deyil. Bununla belə bəzi tədqiqatlar göstərir ki, TGA beyinə kifayət qədər qan axınının (işemiya adlanan vəziyyət) və ya oksigenin çatışmaması (hipoksiya adlanan vəziyyət) nəticəsində yaranır. Bəzi hallarda TGA beyində tutma baş verməsi ilə əlaqəli ola bilər.
Miqren baş ağrısı TGA inkişafı üçün bir risk faktoru kimi görünür. Həyəcan pozulması kimi psixoloji amillər də TGA ehtimalını artıra bilər.
Bəzi insanlar üçün TİA müəyyən stimullar və ya hadisələr nəticəsində baş verə bilər. Həmçinin:
• Fiziki gərginlik
• Emosional və ya psixoloji stress
• Soyuq və ya isti suya qəfil dalma
• Baş travması
• Ağrı
• Cinsi əlaqə
• Valsalva manevrasını yerinə yetirmək. Bu bir şəxs tərəfindən tibbi testin bir hissəsi kimi və ya paroksizmal taxikardiyalarda ürək vurğularını yavaşlatmaq məqsədilə həyata keçirilən nəfəs alma texnikasıdır. Ağzınızın və burnunuzun tutulması vəziyyətində nəfəs verməyə cəhd edilməsidir.
TGA-nın bir növü də həddindən artıq spirt qəbulu, böyük dozada barbituratların , maddələrin və ya kişik dozada benzadiazepinlərin qəbulu nəticəsində yarana bilər.
Əlamətləri hansılardır?
Keçicı qlobal amneziya (TGA) qəfil qısa müddətli yaddaşın itməsidir. Bəzi insanlar keçmişdə saatlar, günlər və ya daha uzun müddətə aid xatirələri də xatırlaya bilmirlər.
TGA epizodu zamanı baş verə biləcək digər simptomlara aşağıdakılar aiddir:
• Baş ağrısı
• Başgicəllənmə
• Bulantı və qusma
• Narahatlıq
• Qarışıqlıq
• Ayaqlarda, əllərdə və ya qollarda qarışqa gəzməsi hissiyyatı
Əksər hallarda TGA epizodları 1-10 saat davam edir (orta hesabla 6 saatdır). Nadir hallarda simptomlar 24 saata qədər davam edə bilər.
Tədricən inkişaf edən və ya bir gündən çox davam edən yaddaş problemləri TGA nın bir hissəsi deyil və ehtımal ki, digər səbəblərlə bağlıdır.
Diaqnoz necə qoyulur?
Yaddaş itkisinə səbəb ola biləcək digər səbəbləıri istisna etmək üçün müayinələr təyin edilir. Bu müayinələrə aiddir:
• Qan testləri
• Beyin kompyuter tomoqrafiyası (KT)
• Beyin maqnit rezonans tomoqtafiyası (MRT)
• Elektroensefaloqramma (EEQ)
Necə müalicə olunur?
Keçici qlobal amneziya üçün heç bir müalicə yoxdur. Vəziyyət 24 saat içərisində öz-özünə bərpa olunur. Ancaq şübhəli bir səbəb üçün müalicə tövsiyyə ola bilər.
Ağırlaşmaları
Nadir hallarda TGA daha uzunmüddətli yaddaş problemləri ilə nəticələnir. Bu problem ümumiyyətlə yalnız TGA epizodları təkrarlanan insanlarda baş verir.
Təkralayan keçici qlobal amneziya epizodlarının qarşısını almaq olarmı?
Stimul edicilərdən uzaq qalmaqla keçici qlobal amneziyanın (TGA) növbəti epizodlarının qarşısını almaq olar.Stimul edicilərə aşağıdakılar aid ola bilər:
• Emosional və ya psixi stress
• Fiziki gərginlik
• Cinsi əlaqə
• Soyuq və ya isti suya qəbil baş vurma
• Valsalva manevrası
Proqnoz necədir?
Əksər hallarda TGA yaşayan insanlar tamamilə sağalır. Epizod bitdikdən sonra yaddaşları bərpa olur, lakin epizod müddətini xatırlamayacaqlar.
Nadir hallarda TGA təkrarlanır(təxminən 10 faiz hallarda). Miqreni olan şəxslərdə epizodların olama ehtimalı yüksəkdir.